Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

İran bahalı malların idxalına qadağa qoyur


İran. Tehranda yerləşən bazar
İran. Tehranda yerləşən bazar
-

İran «bahalı» və ya «lazimsiz» saydığı 75 adda məhsulun idxalını dayandırıb. Bu məhsullar arasında maşınlar, motosikillər, kosmetikalar, tualet kağızları, ərzaq növləri var. İdxalın dayandırılmasına səbəb Qərbin sanksiyaları nəticəsində zərbə alan daxili bazarı qorumaq və valyuta axınının qarşısını almaq cəhdidir.

Rəsmi Tehranın nüvə proqramı üzündən ABŞ və Avropa ölkələri İranın neft ixracına sanksiyalar tətbiq edib.

İran rəsmiləri sanksiyalara qarşı dayanmaq üçün «iqtisadi müqavimət» göstərməyə ehtiyac var.

İranın milli valyutası dəyərini 40 faiz itirib və vətəndaşlar öz ehtiyat pullarını sərt valyutada və ya qızılda saxlamağa başlayıblar.

Noyabrın 8-də «İran» qəzeti Sənaye və Biznes Nazirliyinin rəsmisi Sasan Khodaei-yə istinadən bildirib ki, qadağalar ölkənin xarici valyuta ehtiyatını onun sərhədləri daxilində saxlayır.

Khodaei deyib ki, keçən il 4 milyard dollarlıq bahalı əşya idxal edilib: «Bu məhsulların idxalını dayandırmaq valyuta axının qarşısını alacaq».

Qəzet yazır ki, rəsmilərin qiymətləndirməsinə görə, iranlıların il ərzində bahalı əşyalara 12 milyard dollar xərcləyib.

QARA BAZARDA QİYMƏTLƏR QALXACAQ

Parisli iqtisadçı Jamshid Assadi Fərda radiosuna deyib ki, İranın bu qadağası ölkədə bahalı məhsulların qiymətini və qaçaqmalçılığı artıracaq.

İdxalı qadağan edilən mallar siyahısında elə məhsullar var ki, onlardan həm də ölkədə istehsal edilir. Məsələn, üz və saç kosmetikası, şokolad və digər şirin ərzaqlar İranda da istehsal olunur.

Əlbəttə ki, bu addım nəticəsində mağazalar boş qalmayacaq. Çünki hələlik xarici kompaniyaların İranla müştərək zavodlarında Peugeot markalı avtomobillərin, Avropa brendli kompyüter və mobil telefonların yığılmasına icazə verilir.

İran rəsmiləri bildiriblər ki, bəzi malların idxalı müvəqqəti dayandırılıb.

Sənaye və Biznes nazirinin müavini Hamid Safdel deyib ki, İran kompyüter və mobil telefonları istehsal edə bilməzsə, bu mallara qadağa götürüləcək.

Ötən ay İran 50 adda malın ixracına qadağa qoyub. Bunların arasında buğda, şəkər və aliminum da var.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG