Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:17

B. Ivanishvili: «Bu il – demokratiya ilidir»


ABŞ-ın Gürcüstandakı səfiri Richard Norland

ABŞ-ın Gürcüstandakı səfiri Richard Norland

-

«Obama administrasiyanın xarici siyasət kursunun necə olacağını ictimaiyyət yaxın zamanlarda biləcək»- bunu noyabrın 7-də ABŞ-ın Gürcüstandakı səfiri Richard Norland deyib. O, həmin gün bir çoxları ilə birlikdə Amerikada gedən prezident seçkilərin izləyirdi. Səfirin sözlərinə görə, yeni administrasiya xarici siyasət kursunu yanvarda açıqlayacaq. Courtyard Marriott otelində diplomatik korpusun üzvləri və müxtəlif peşə sahibləri olan amerikalılarla birgə seçkinin nəticələrini izləyən Richard Norland üçün gürcülərin ABŞ-dakı prezident seçkilərinə marağı xoş idi:
«Mənim üçün bura Gürcüstanın akademik, siyasi və iqtisadi çevrələrindən və vətəndaş cəmiyyətindən gələn gəncləri görmək maraqlı oldu. Bu, həm də ona görə vacibdir ki, bir ay əvvəl sizdə də yüksək rəqabətli seçkilər keçirilib. Hesab edirəm ki, bu zalda hamı demokratiyanın nə olduğunu hiss edir. Biz hamımız anlayırıq ki, seçkilərin nəticələrinin necə olmasına baxmayaraq, Amerika-Gürcüstan münasibətləri əvvəllər olduğu kimi yaxın olacaq. Bu münasibətləri inkişaf etdirmək, siyasət və iqtisadiyyat, təhlükəsizlik məsələlərində və xalqlarımızın dostluğu nöqteyi nəzərindən də əməkdaşlığı davam etmək imkanımız var... Xüsusən ona görə ki, qarşıda bizləri NATO ilə bağlı xeyli hadisələr gözləyir».
ABŞ-a səfərə hazırlaşan Gürcüstanın baş naziri Bidzina Ivanishvili də Gürcüstan-Amerika münasibətlərini müsbət qiymətləndirir. O, mövcud əməkdaşlığın gələcək inkişafına ümid edir:
«Bu il – demokratiya ilidir. Bizim şüarımız “Demokratik Gürcüstan” idi və rənglərə diqqət yetirin – bu, göy rəngdir. Biz ən böyük dostumuz – ABŞ-la münasibətləri inkişaf etdirə bilərik».
«OBAMANIN QƏLƏBƏSİ GÜRCÜSTAN ÜÇÜN ƏHƏMİYYƏTLİDİR»
ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama

“GRASS” (Gürcüstanın islahat assosiasiyası) QHT-nın təsisçisi və sabiq xarici işlər naziri Sergi Kapanadze Barack Obamanın qələbəsini Gürcüstan üçün əhəmiyyətli sayır. Onun fikrincə, tərəfdaşlıq münasibətlərinin qırılmaması nöqteyi-nəzərindən əvvəlki administrasiyanın hakimiyyətdə qalması öz-özlüyündə müəyyən kursun qurunub saxlanmasının qarantıdır:
«Hillari Clintonun bəyan elədiyi kimi dövlət katibliyindən gedəcəyinə baxmayaraq, çox güman ki, komanda eynilə qalacaq... Müvafiq olaraq kursu da... Ona görə də bu, bizim üçün əsasdır».
Avrointeqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriashvili hesab edir ki, seçkinin nəticələrinə baxmayaraq, Gürcüstanla strateji əməkdaşlıq siyasəti dəyişməz qalacaq. Hərçənd əvvəlki administrasiyanın hakimiyyətdə qalması onu göstərir ki, Gürcüstanın ABŞ-la hətta prosedur maneələri də olmayacaq.
«NATO məsələsi gündəmdə duran zaman, bizim üçün yaxın gələcəkdə Amerika ilə fəal və intensiv əməkdaşlıq çox vacibdir. Bununla bağlı qeyd etmək istərdim ki, bir çox məsələləri inauruqasiyaya qədər təxirə salmaq lazım gəlməcəyək və biz intensiv işimizi davam etdirəcəyik».
ABŞ-ın GÜRCÜSTAN SİYASƏTİ DƏYİŞƏCƏKMİ?
Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqarishvili

Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqarishvili

Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqarishvili Aleksi Petriashvili kimi hesab edir ki, ABŞ-da hakimiyyətə gələn istənilən administrasiyasının Gürcüstanla siyasəti dəyişməz qalacaq. O, ümid edir ki, Obamanın ikinci müddətə prezident seçilməsi ilə iki ölkə arasında təhlükəsizlik, xarici siyasət məsələləri müəyyənləşəcək, demokratik institutların qurulması və iqtisadi transformasiya inkişaf edəcək.
«Bizim ölkə üçün ən mühüm məsələ təhlükəsizlikdir, Gürcüstan-Rusiya münasibətləri. Aydındır ki, bu məsələdə pozitiv rolu mühüm oyunçu, bizim strateji müttəfiqimiz ABŞ oynaya bilər. Ancaq Gürcüstan beynəlxalq təhlükəsizliyin gücləndirilməsinə pay verməlidi və öz müttəfiqini dəstəkləməlidir (Əfqanıstandakı gürcü hərbçiləri nəzərdə tutulur). Düşünürəm ki, ABŞ öz tərəfindən adekvat olaraq ölkədə demokratiyanın inkişafına öz töhfəsini verəcək. Daha bir istiqamət, ölkədə institutların inkişafıdır».
İrakli Menaqarishvili hesab edir ki, bu mənada ötən aykı seçkilərlə hakimiyyətin ötürülməsi ABŞ üçün Gürcüstanın demokratikləşmə istiqamətində düzdün addım atmasına dair bir siqnaldır. Ekspert hesab edir ki, ABŞ gələcəkdə də Gürcüstanda demokratik institutların inkişafını davam etdirəcək.
XS
SM
MD
LG