Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

Qalmaqal BBC-nin baş direktorunun istefasına səbəb olur


BBC baş direktoru George Entwistle Parlament dinləmələrində. London, 23 oktyabr 2012

BBC baş direktoru George Entwistle Parlament dinləmələrində. London, 23 oktyabr 2012

BBC-nin baş direktoru George Entwistle korporasiyanın Newsnight proqramında baş vermiş rüsvayçı qalmaqalla əlaqədar istefa verib.

Cümə günü Newsnight proqramında uşaqlara qarşı seksual təcavüz edən vəzifəli şəxs barədə material verilmişdi. Verilişdə həmin şəxsin adı çəkilməsə də, sosial şəbəkələrdə bunun hakim Mühafizəkarlar Partiyasından nüfuzlu millət vəkili Lord McAlpine olduğu barədə postlar yayılmışdı. Lakin bir gün sonra proqramda əsas şahid kimi çıxış edən zərərdidə ona təcavüz edən şəxsi səhv saldığını və bunun cənab McAlpine olmadığını bəyan etdi.

Baş verənlər Britaniyanın mətbuat qanunlarına görə böhtan hesab olunur və BBC-nin tam məsuliyyət daşıdığını müəyyən edir.

BBC-yə 2 aydan da az (sentyabrın 17-dən etibarən) rəhbərlik edən George Entwistle əvvəlcə istefa verməyəcəyini bəyan etdi. Lakin çox keçmədi ki, fikrini dəyişdi. Noyabrın 10-da axşam Entwistle bildirdi ki, bu rüsvayçılıqdan sonra Britaniyanın ən böyük yayımçısının rəhbəri kimi işinə davam edə bilməz.

Cənab Entwistle BBC-nin tarixində ən qısa müddət rəhbərlik etmiş baş direktordur. Onun rəhbərliyi dövrü BBC-nin adı hallanan daha bir gürültülü qalmqalla yadda qaldı. Bir qədər əvvəl ictimaiyyətin diqqəti başqa qalmaqala yönəlmişdi. Britaniya polisi BBC-nin məşhur aparıcısı Jimmy Saville pedofiliyada ittiham edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG