Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

«Naxçıvanda Koreyaşünaslıq tədris olunur»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 6 oktyabr 2012. sayı: 190 (20.595)


«HEYDƏR ƏLİYEV GƏNCLƏR MƏKTƏBİ»NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərən «Heydər Əliyev Gənclər Məktəbi»nin növbəti məşğələsi keçirilib.
Məşğələdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov çıxış edərək məktəbin fəaliyyəti və bu tədris ilində keçiriləcək tədbirlər barədə dinləyicilərə məlumat verib.

Şöbə müdiri bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında sağlam, hərtərəfli gənclik yetişir. Muxtar respublikada bu sahədə atılan addımların dəstəklənməsi gələcəkdə uğurların daha geniş miqyas almasına hesablanıb. Bu gün muxtar respublika rəhbəri gənclərə etimad göstərirsə, biz gənclər də bu etimadı doğrultmaq üçün əlimizdən gələni etməliyik. Ümumiyyətlə, gənclər siyasətində ən önəmli olan etibar və etimaddır. Bu da sağlam ideya və ardınca getdiyin əqidənin prinsiplərinin sağlam olmasına əsaslanır.

Sonda məşğələ Heydər Əliyev Muzeyində davam etdirilib. Burada məşğələ iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib, onların maraqlarından suallar cavablandırılıb.

KOREYA DİLİ ÜZRƏ HAZIRLIQ KURSU FƏALİYYƏTƏ BAŞLAYIB

Naxçıvan Dövlət Universitetində Koreya dili üzrə hazırlıq kursunun başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin, təhsilin və dilin müstəsna rolundan danışıb....

Hazırda universitetdə 10 nəfərə yaxın cənubi koreyalı tələbə doktorant təhsil almaqdadır. Cənubi Koreya Mərkəzinin uğurla fəaliyyət göstərdiyi universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində «Koreyaşünaslıq» seçmə fənni tədris olunur. Mərkəzdə fəaliyyətə başlayan Koreya dili üzrə hazırlıq kursu isə Koreya dili ilə yanaşı, Cənubi Koreyanın ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

Məlumat verilib ki, hazırlıq kurslarında Koreya dilini universitetin Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı, bu yaxınlarda nəşr olunmuş ilk koreyaca-azərbaycanca danışıq kitabçasının müəllifi Canq Second tədris edəcək.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Tenderə dəvət
- Əmək yarmarkalarının keçirilməsinə başlanılacaq
- Müstəqil Azərbaycanın qurucusu
XS
SM
MD
LG