Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:25

Jurnalisti döyməkdə şübhəli bilinən şəxsi azad etdilər


Vüsal Yusubov
Vüsal Yusubov
-
«Bizim Yol» qəzetinin əməkdaşı Vüsal Yusubovu döyməkdə şübhəli bilinən şəxs sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev məlumat verib.

B.Həziyev deyir ki, bu haqda onlara Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin baş təhqiqatçısı Mehbalı Rzayev bildirib:

«Bizə dedilər ki, saxlanan şəxs hadisədən xəbərsiz olduğunu bildirib və onu 48 saatdan artıq saxlamaq ixtiyarları yoxdur deyə, izahatı alınandan sonra buraxıblar».

Noyabrın 6-dan 7-nə keçən gecə hücuma məruz qalan Vüsal Yusubov isə polis bölməsində keçirilən üzləşmə zamanı onu vuran adamı tanıdığını deyir:

«Mən baxan kimi onu tanıdım. Hadisə baş verən gecə, saat 3 radələrində mən yeni çapdan çıxan qəzetləri götürüb maşınla gedirdim. Mənim qabağını kəsib «məni tanıyırsanmı» sualını verdikdən sonra məni vurmuşdu həmin adam. Üzləşmə zamanı o dəqiqə tanıdım ki, bu, həmin adamdır. Amma dedi yox, mən səni tanımıram və səni də mən vurmamışam».

İşi aparan müstəntiq Mehbalı Rzayevə dəfələrlə etdiyimiz zənglərə baxmayaraq, danışmaq cəhdlərimiz alınmadı.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) iş açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG