Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:01

Banqladeş Pakistanı rəsmi üzr istəməyə çağırıb


Banqaladeş hökuməti Pakistanı 1971-ci ildə Banqladeşin azadlığı uğrunda mübarizə vaxtı hərbi cinayətlərə görə rəsmi üzr istəməyə çağırıb.

Banqladeş hakimiyyətinin məlumatına görə, həmin vaxt baş vermiş silahlı münaqişədə 3 milyona yaxın adam ölüb.

Pakistanın xarici işlər naziri Hino Rabbani isə bildirib ki, İslamabad buna görə dəfələrlə üzr istəyib və indən belə gələcəyə baxmaq lazımdır.

Əvvəllər Şərqi Pakistan adlandırılan Banqladeş 1971-ci ildə 9 aylıq müharibədən sonra müstəqillik qazanıb.
XS
SM
MD
LG