Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Həbsxanada baş vermiş atışmada 27 adam ölüb


Şri-Lankanın paytaxtı Kolombodakı həbsxanalardan birində gözətçilərlə məhbuslar arasında baş vermiş atışmada azı 27 adam ölüb.

Polis qaçmış 5 məhbusun yaxalandığını deyir.

Hərc-mərclik, həbsxana rəhbərliyi şənbə günü kameralarda narkotik və qadağan edilmiş vasitələrin axtarışını apararkən baş verib.

Hər iki tərəfdən yaralananlar var.

Hazırda vəziyyətin normallaşdığı bildirilir.

1983-cü ildə Şri-Lanka həbsxanasında qaldırılmış qiyamda 35 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG