Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Əli Həsənov: «Jurnalistlər kütləvi tədbirlərdə yerlərini düzgün müəyyən etməlidirlər»


Əli Həsənov

Əli Həsənov

-
«Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər».

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi» mövzusunda Bakıda keçirilən seminarda bildirib.

O, jurnalist İdrak Abbasovun timsalında qeyd edib ki, həmin şəxsə qarşı güc tətbiq edilməsi onun öz yerini düzgün seçmədiyini göstərir:

«Dövlət Neft Şirkətinə məxsus ərazilərdə qanunsuz tikililərə və qeyri-qanuni məskunlaşmalara qarşı tədbirlər həyata keçirilərkən orada qanunsuz məskunlaşan vətəndaşlarla qarşıdurma yarandı... Təəssüflə qeyd edim ki, həmin qarşıdurmada jurnalist İdrak Abbasov iştirak edib. Həmin jurnalist artıq buna qədər də iki belə hadisədə iştirak edib. Görünür, o, ya yerini düzgün seçmir, ya da belə toqquşmalarda müəyyən qüvvələrin təhriki ilə qarışıq olan yerə daxil olur, sonra isə jurnalist olduğunu ortaya qoyur».

Ə.Həsənov həmçinin deyib ki, jurnalist vəsiqələrinin verilməsi sahəsində nizamsızlıq da aradan qaldırılmalıdır.

«Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir. Bu işdə bütün məsuliyyət Mətbuat Şurası və baş redaktorların üzərinə düşür», - PA rəsmisi bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG