Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

ATƏT rəsmisi: «Jurnalistlərlə polislər əməkdaşlıq etməlidir»


Dunja Mijatovic

Dunja Mijatovic

-
«İstənilən tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır».

APA-nın məlumatına görə, bu fikirləri noyabrın 10-da «İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi» mövzusunda keçirilən seminarda ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic deyib.

O, belə seminarların Azərbaycan tərəfinin istəyi ilə həyata keçirildiyini deyib:

«Belə tədbirlərin davamlı olması vacibdir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyi tövsiyələr gözləyir. Bu, həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmalıyıq ki, jurnalistlər öz fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar. Elə bir şərait yaratmalıyıq ki, jurnalistlərin məlumatı azad əldə etməsi üçün şərait yaransın. Jurnalistlərin vəzifəsi isə ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər».

Mətbuat Şurasında keçirilən tədbirdə jurnalistlərlə yanaşı, polislər də iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG