Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:34

Ramil Usubov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb



Daxili İşlər Nazirliyindən yayılan rəsmi məlumatda bildirilir ki, noyabrın 9-da nazir Ramil usubov Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovich-lə görüşüb.

Rəsmi xəbərdə yazıldığına görə Mijatovich jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb, “bu istiqamətdə həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib.”

Görüşdə həmçinin qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində ətraflı məlumat verilib: “Daxili işlər naziri onu da qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür.

Daxili İşlər Nazirliyi hər cür neqativ təzahürlərə qarşı mübarizəni davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.”

Bunlar görüş barədə Daxili İşlər Nazirliyindən yayılan rəsmi məlumatda qeyd olunan fikirlərdir. Görüşdə müzakirə olunan məsələlər haqqında hələlik xanım Mijatovich-in ofisindən rəsmi məlumat verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG