Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

«Naxçıvanda qədimiliklə müasirlik vəhdətdədir»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 10 oktyabr 2012. sayı: 192 (20.597)


MUXTAR RESPUBLİKAMIZDA YANĞINDAN MÜHAFİZƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 5 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabr ayının 10-u ölkəmizdə yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd olunur.

XX əsrin əvvəllərində yaradılan Azərbaycan yanğından mühafizə xidmətinin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Zəngin siyasi və idarəçilik təcrübəsinə, fenomenal rəhbərlik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başladı.

...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanğın təhlükəsizliyi orqanlarına qayğısının nəticəsi olaraq, 2002-ci ildə Sədərək rayonunda yeni ştat vahidləri verilməklə hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış, yanğın hissəsinin fəaliyyəti üçün müasir tələblərə uyğun olan inzibati bina və yanğın avtomobillərinin saxlanc yerləri tikilmiş, 2003-cü ildə Ordubad və Şahbuz rayon peşəkar yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. Həmçinin 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğı Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsalı təmir edilərək, Kəngərli, Şahbuz və Ordubad rayonlarında Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar tikilərək şəxsi heyətin istifadəsinə verilmişdir.

NAXÇIVANDA QƏDİMİLİKLƏ MÜASİRLİK VƏHDƏTDƏDİR

Ktalin Bogyay – YUNESKO-nun Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri:

- Beynəlxalq forumlarda iştirak insanlara belə tədbirlərin keçirildiyi ölkələri yaxından tanımaq imkanı verir. Bakı Beynəlxalq Humanitar Forumu da bizi Azərbaycanla daha yaxından tanış edir. Hərçənd ki bu, mənim Azərbaycana ilk səfərim deyil, ancaq bu forum sayəsində mən hər il bu ölkədə baş verən sürətli inkişafın şahidi oluram. Çox şadam ki, Azərbaycanın qədim bölgələrindən biri olan Naxçıvandayam. Bu şəhəri gəzərkən diqqətimi bir məqam cəlb etdi. Bir tərəfdə tarixi abidələr, digər tərəfdə isə müasir tikililər var. Naxçıvanda qədimiliklə müasirlik birləşib və bu vəhdət insanda xoş təəssüratlar yaradır. Bu diyarın abidələri və muzeyləri çox gözəldir. Bütün bunlar fəal istirahətin ən kütləvi və geniş yayılmış növü olan turizm sektorunun inkişafında çox önəmlidir. Onu da qeyd etmək istərdim ki, YUNESKO-nun fövqəladə və səlahiyyətli səfiri olaraq ölkədə mədəni – tarixi abidələrə olan münasibət mənim üçün hər zaman önəmli olub. Və çox sevinirəm ki, Azərbaycanın bütün regionlarında olduğu kimi, Naxçıvanda da tarixi – mədəni irs yüksək qayğıyla qorunur. Qədim irsinizə göstərdiyiniz belə münasibət təqdirəlayiqdir. Bu işdə sizə böyük uğurlar arzulayıram.
XS
SM
MD
LG