Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43

NATO rəsmilərinin Tbilisiyə səfərləri başqa vaxta keçirilib



NATO-dan AzadlıqRadiosuna bildiriblər ki, Gürcüstanda siyasi qeyri-sabitliyə görə alyansın Hərbi Komitəsinin Tbilisiyə nəzərdə tutulan səfərinin vaxtı dəyişdirilib. Adının çəkilməyini istəməyən NATO rəsmisi radiomuza bildirib ki, Gürcüstanda son günlər baş verən hadisələr belə bir vaxtda NATO ilə hər iki tərəfə faydalı ola biləcək müzakirələrin keçirilməsinə imkan vermir.

Gürcüstanın Avropa İnstitutlarına İnteqrasiya naziri Aleksi Petriashvili də bu gün Tbilisidə jurnalistlərə bildirib ki, NATO heyətinin səfəri bu həftənin əvvəlində Gürcüstan ordusunun keçmiş baş qərargah rəisi, briqada komandirinin həbsi ilə bağlıdır. Vəzifədən sui-istifadə ittihamı ilə həbs edilmiş həmin keçmiş yüksək vəzifəli ordu zabitləri bu gün girov müqabilində azad ediliblər. Onlarla birlikdə eyni ittihamlarla saxlanmış keçmiş daxili işlər naziri isə hələ həbsdədir.

Amma gürcü nazir səfərin vaxtının dəyişdirilməsinin Tbilisi ilə NATO-nun əlaqələrinə təsir etməyəcəyini də əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG