Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb


-
Gürcüstanın Baş naziri Bidzina Ivanishvili və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Tbilisidə enerji resurslarının tədarükü sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tanışlıq xarakteri daşıyan görüşdə Energetika və Təbii Resurslar naziri Kakha Kaladze və Daxili İşlər naziri Irakli Garibashvili də iştirak ediblər.

B.Ivanishvili jurnalistlərinə bildirib ki, görüşdə qaz və neft nəqli məsələlərinə toxunulub:

«Biz çox yaxşı və nümunəvi əlaqələrimizdən, qonşu ölkəyə necə yanaşmalı olduğumuzdan danışdıq. Bununla yanaşı, yüksək səviyyədə, o cümlədən prezident səviyyəsində görüşdən söhbət getdi».

Qaz və neft tariflərinə gəldikdə, Baş nazirin dediyinə görə, bu mövzu ilə bağlı konkret söhbət olmayıb, halbuki «hökumət onları azaltmağa cəhd edəcək».

«Hesab edirəm ki, daxildə bizim tariflərimizlə bağlı həll olunası daha çox problemimiz var, çünki tariflər süni şəkildə artırılır. Gürcüstan hökuməti mütləq tarifləri aşağı salmağa çalışacaq», - deyə o, vurğulayıb. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG