Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:50

BMT noyabrın 10-u Beynəlxalq Malala Günü elan edib



BMT-nin Təhsil Məsələləri üzrə xüsusi elçisi noyabrın 10-u Pakistanda yeniyetmə insan haqları fəalı Malala Yousafzainin şərəfinə “Malala üçün Hərəkət Günü” elan edib.

Pakistanda Svat vadisində qadınların təhsil haqları uğrunda yazıları ilə məşhur olan 15 yaşlı Malalanı keçən ay Taliban yaraqlıları başından və boynundan güllələyiblər. Təcili Britaniyaya aparılan yeniyetməni xilas etmək mümkün olub.

Britaniyada on minlərlə adam hökumətə müraciət edərək Malalanın Nobel Mükafatına təqdim edilməsini istəyiblər.

Britaniyanın keçmiş baş naziri Gordon Brown da Pakistanda qızların təhsilə cəlb edilməsi yollarının müzakirəsi üçün İslamabada gedib.
XS
SM
MD
LG