Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:10

Gürcüstanda saxlanan iki keçmiş ordu zabiti azad edildi



Noyabrın 9-də Tbilisi məhkəməsi bir neçə gün əvvəl saxlanmış ordunun iki keçmiş yüksək rütbəli rəsmisini girov müqabilində azad edib. Ordunun keçmiş baş qərargah rəisi və briqada komandiri təxminən 8 000 manat məbləğində girov qoyaraq azadlığa çıxıblar.

Saxlananlardan daha biri keçmiş daxili işlər naziri Bacho Akhalaia-nın istintaq dövrü başa çatana qədər – iki aylığa həbsdə qalmasına qərar verilib.

Onların hər üçü vəzifədə olduqları müddətdə hakimiyyətdən sui-istifadə ittihamı ilə bu həftənin əvvəlində saxlanmışdılar.

Gürcüstanda ekspertlər bildirirdilər ki, Bdzina İvanishvilinin rəhbərlik etdiyi Gürcü Arzusu koalisiyası yeni hökuməti formalaşdırandan dərhal sonra prezident Saakashvilinin tərəfdarlarından siyasi qisas alır.

Bu gün səhər prezidentin Vahid Milli Hərəkat partiyasından olan 29 deputat da saxlananların girov müqabilində azad edilmələri xahişi ilə müraciət etmişdilər.
XS
SM
MD
LG