Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Pakistan polisi 6 yaşlı qızı ərə vermək qərarı çıxaran tayfa liderlərini həbs edir


Pakistan polisi Svat vadisində 6 yaşlı qızın ərə verilməsi barədə qərar çıxarmış tayfa liderlərindən 5 nəfəri həbs edilib. Bir neçə gün əvvəl yayılan xəbərlərdə tayfa liderlərinin iki ailə arasında qan davasını kəsmək üçün ailələrdən birinin 6 yaşlı qızını zorla o biri ailəyə ərə vermək qərarı çıxardıqları bildirilirdi.

AzadlıqRadiosunun Pakistan xidmətindən verilən məlumata görə məhkəmə tayfa başçılarının bu qərarının qanunsuz olması barədə hökm çıxarıb və tayfa üzvlərindən 5 nəfəri həbs edilib. Həbs edilənlərdən arasında azyaşlı uşaqla evlənməyə hazırlaşan kişi və onun atası da var.

Pakistanda Svat dərəsində və başqa qatı dindar bölgələrdə qan davasının aradan qaldırılması üçün düşmənlər arasında qadın və qızların dəyişdirilməsi geniş yayılıb. Amma 6 yaşında bir uşağın işə cəlb edilməsi nadir hal hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG