Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:10
-
Qarabağ danışıqlarının həlli ilə bağlı aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərinin illik hesabatlarını təqdim ediblər.

Noyabrın 8-də Vyanada ATƏT-in Daimi Şurasına təqdim olunan hesabatda həmsədrlər son bir ildə regiona fərdi və birgə səfərləri, münaqişə tərəfləri ilə görüşləri, həmçinin keçən ilin yanvarında Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşləri haqqında məlumat verirlər.

Həmsədrlər Qarabağ münaqişəsi xəttində gərginliyin artmaması və qarşıdurmanın alovlanmaması üçün gördükləri işlər haqqında məlumat verir, bu sahədə xüsusilə ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk-in fəaliyyəti qeyd edirlər.

Məlumatda həmçinin qeyd edilir ki, həmsədrlər noyabrın sonunda yenidən regiona səfər edəcəklər. Bu səfər ATƏT ölkələri xarici işlər nazirlərinin dekabrda Dublin görüşünə hazırlıq məqsədi daşıyacaq.

ATƏT-in Minsk Qrupuna ABŞ-dan Robert Bradtke, Rusiyadan Igor Popov və Fransadan Jacques Faure həmsədrlik edir.

Azərbaycanda bir çoxları tez-tez Minsk Qrupu həmsədrlərinin Qarabağa münaqişəsinin həlli üçün fəaliyyətlərinin nəticə vermədiyini deyərək onları tənqid edirlər.
Həmsədrlər isə münaqişənin sülh yolu ilə həlli üçün daha çox tərəflərin siyasi iradə nümayiş etdirməli olduqlarını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG