Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:16

Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü


-

“Qanun” nəşriyyatı böyük Amerika yazıçısı Kurt Vonnegut-un “Sallaqxana № 5 və ya uşaqların səlib yürüşü” romanını Azərbaycan dilində çap edib.

Əsəri ingiliscədən İlhahə Əkbər çevirib. Kitabın redaktoru Qismət Rüstəmov bir müddət əvvəl “Oxu zalı”nda dərc edilmiş məqaləsində əsər haqda ətraflı yazır:

“1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.

Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər.

Drezden bombardmanında 135 min insan həlak olur.

Avropa üçün rekord – çox kədərli rekord ! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı çıxdı, o da onun özüdür.

Çünki o hər ölüyə görə beş dollar qazanıb – “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində...”

Bu roman uçan boşqabların gəldiyi Tralfamador planeti haqqında teleqrafik-şizofrenik üslubda yazılmış hekayələrdən ibarətdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG