Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:51

İran təyyarələri ABŞ-ın pilotsuz uçuş aparatına atəş açıb


İranın hərbi təyyarələri Fars körfəzi üzərindəki beynəlxalq hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatına atəş açıb.

Bu haqda Pentaqonun rəsmi nümayəndəsi George Little məlumat verib.

İnsident noyabrın 1-də baş verib. İranın Rusiya istehsalı olan iki ədəd Su-25 hərbi təyyarəsindən “ Predator” pilotsuz uçuş aparatına atəş açılıb. George Little deyib ki, bizim uçuş aparatımız İran hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında hərəkət edib”.

George Littlein sözlərinə görə, pilotsuz aparat adəti üzrə müşahidə uçuşu edirmiş. O aparatın zərər görmədiyini və bazaya qayıtdığını bildirib.

ABŞ Fars Körfəzinin beynəlxalq suları üzərində uçuşları davam etdirəcəyini Tehranın nəzərinə çatdırıb.
XS
SM
MD
LG