Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

Britaniyanın Lordlar Palatasında Qarabağ münaqişəsi müzakirə olunub


Böyük Britaniyanın Lordlar Palatasında “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda debatlar təşkil edilib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata debatlar lord Lairdin təşəbbüsü ilə keçirilib.

Laird çıxışında Böyük Britaniya-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, bu problemin vurduğu ziyanlar, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğalı və bir milyondan çox insanın ev-eşiyindən didərgin düşməsindən danışıb.

O münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yetərsiz olduğunu bildirib və qeyd edib ki, Böyük Britaniya bu münaqişənin həllində konstruktiv rol oynaya bilər.

Debatda çıxış edən Baronessa Koks isə yenə də ermənipərəst mövqe tutub və Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Debatı təşkil edən lord Laird Avropa Azərbaycan Cəmiyyəti Məşvərət Şurasının üzvüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG