Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:06

Avropa rəsmiləri Azərbaycan hakimiyyətini jurnalistləri azad etməyə çağırıblar


ATƏT, Avropa Birliyi və Avropa Şurasının nümayəndələri Azərbaycanda həbsdə olan jurnalistlər və fəalları azad etməyə çağırıblar.

Bu qurumların nümayəndələri internet idarəçiliyi ilə bağlı qlobal formda iştirak etmək üçün Bakıya gəliblər.

Avropa Şurasının insan haqları üzrə komissarı Nilsa Muiznieksa, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunja Mijatovic və Avropa Komissiyasının vitse-prezidenti Nelly
Cross yaydıqları birgə bəyanatda həmçinin Azərbaycan hakimiyyətini jurnalistlərə edilən hücumları obyektiv və hərtərəfli araşdırmağa çağırırlar.

Bundan başqa Avropa İnsan Haqları məhkəməsinə əsaslanaraq böhtan və təhqirə görə cinayət işinin ləğv edilməsi məsləhət görülür.

Bu barədə Azadlıq Radiosu rus xidmətinin müxbiri Fərid Arifoğlu xəbər verir.
XS
SM
MD
LG