Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:31

«Naxçıvanda bir gündə 24 min nəfər iməciliyə çıxır»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 28 avqust 2012. sayı: 161 (20.566)


DAXİLİ İŞLƏR ORQANLARINA İŞƏ QƏBULLA BAĞLI TEST İMTAHANLARI KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada muxtar respublikanın daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrinin tutulması üçün test imtahanları keçirilib.

Pedaqoji və hüquqşünaslıq sahələri üzrə işləmək istəyən 50 namizədin qatıldığı imtahanları Naxçıvan Muxtar RespubliKası Ali Məclisi sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiya, Azərbaycan Respublikası Tələbə Qəbulu Üzrə Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi təşkil edib. Pedaqoji sahə üzrə imtahan iki seansla, hüquqşünaslıq sahəsi üzrə imtahan isə bir seansla yekunlaşıb. İmtahanlarda namizədlərə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunmuş 100 sualdan ibarət test bankı təqdim edilib. Suallardan 80-i ixtisas biliklərinə, 20-si isə məntiqi təfəkkürə aid olub. Prosesə təşkilatçı qurumların nümayəndələri nəzarət edib.

Komissiyanın sədri Etibar Musayevin bildirdiyinə görə, test imtahanlarında təqdim olunan hər bir sualın cavabı bir balla qiymətləndiriləcək, səhv cavab doğru cavabın nəticəsinə təsir göstərməyəcək. Namizədlər imtahanların nəticələri haqda bir gün sonra məlumat ala biləcəklər.

ÖTƏN HƏFTƏ İMƏCİLİKLƏRDƏ 24 MİN 209 NƏFƏR İŞTİRAK ETMİŞDİR

Avqustun 25-də keçirilən iməciliklər də mütəşəkkil xarakter daşımış, Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Naxçıvan-Sədərək və Naxçıvan-Batabat magistral yollarının sağ və sol hissələrindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonun sakinləri şəhərin park və xiyabanlarında, Naxçıvan-Sədərək yolunun kənarlarında, Siyaqut kənd mərkəzinin və Siyaqut kənd tam orta məktəbinin ətrafında salınmış yaşıllıq sahələrində çalışmışlar.

Babəklilər iməcilik günü Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, rayonun bütün qəsəbə və kəndlərində yaşıllıqlara qayğı göstərmişlər.

Ordubadlılar Ordubad şəhərinin park və xiyabanlarında, Naxçıvan-Ordubad magistral yolunun Dəstə, Aza, Aşağı və Yuxarı Əylis kəndləri hissələrində, Qazi massivində, Düylün-Üstüpü yolunun kənarlarında, rayonun bütün qəsəbə və kəndlərində yaşıllıqlara qulluq göstərmişlər.

Sərhəd bölgəsi Sədərək rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarında, Heydərabad qəsəbəsindəki park və xiyabanlarda, 4.5 hektarlıq meyvə bağında çalışmışlar.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Birinci qrupun birincisi
- Çəkilən zəhmətin bəhrəsi
- Parlaq qələbə naminə

Şərhləri göstər

XS
SM
MD
LG