Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:51

Vinogradova 8 il və ya ömürlük həbs kəsilə bilər


Moskva rayon məhkəməsi dünən səhər iş yoldaşlarını güllələyən əczaçılıq şirkətinin hüquqşunası Dimitriy Vinogradovun həbsinə order verib.

Hücum nəticəsində 6 adam ölüb, 1 nəfər isə ağır yaralanıb.

Ona 8 il və ya ömürlük həbs cəzası kəsilə bilər.

O məhkəmədə ölənlərin qohumlarından üzr istəyib və həbslə razı olduğunu deyib.

Yaxın vaxtlarda tibbi ekspertizanın nəticələri bilinməlidir.

Vəkil Aleksey Kuzyukin Vinoqradovun sağlam olduğunu və günahını boynuna aldığını deyir.

İstintaq zamanı bəlli olub ki, Vinoqradov cinayətdən əvvəl sosial şəbəkədə bəşəriyyətə, insanlara nifrət etdiyini etiraf edən “manifest” yerləşdirib.
XS
SM
MD
LG