Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Azadlığı istəmirəm Megabyte-megabyte...




Azərbaycanda keçirilən İnternet Forumu ölkədəki söz azadlığı mövzusunu yenidən gündəmə gətirdi. Ona görə də Azərbaycandakı söz və ifadə azadlığı haqda fərqli fikirlərə məxsus jurnalistləri AzadlıqFM-in 9 noyabr verilişinə dəvət etdik.

Aşağıda onların 1 saatlıq deabtından bəzi fikirləri təqdim edirik. Debatı tam şəkildə izləmək üçün mətnin sonundakı audionu dinləmək və ya yuxarıdakı videoya baxmaq olar.


PREZİDENTİN İNTERNET FORUMUNDA İŞTİRAKI QIZĞIN MÜBAHİSƏ DOĞURDU

İdrak Abbasov:
Ölkə rəhbərinin İnternet Foruma münasibəti məni qane etmədi. Prezident həmin binada yerləşən “BakuTel”in sərgisinə qatıldı, amma qlobal bir tədbirə gəlib öz müraciətini özü demədi.
Müşfiq Ələsgərli: Prezidentin qrafiki var, protokol var, ona da uyğun hərəkət edilir. Tədbir təşkilatçıları təşəkkür etdilər ki, bu tədbirin çox nəfis, səliqəli keçməsinə şərait yaratdıb.
İdrak Abbasov: Amma ölkənin hər yerindən bloqqerlər gəlmişdi, onların da, biz jurnalistlərin də çoxlu suallar var idi.
Müşfiq Ələsgərli: Azərbaycan dövləti o səviyyəyə çatıb ki, istər hokumətdə, istər qeyri-hpkumət sahəsində institutlaşma gedib. Artıq hər sahəyə cavabdeh qurumlar var, o qurumların sözçüləri var. Bu təşkilata da rabitə və informasiya texnologiyaları naziri özü qatıldı, sualları da cavablandırdı.
BLOQQERLƏRİN SAYI VƏ AZADLIĞI

Aparıçı - Prezident İlham Əliyev konfransa müraciətində deyib ki, ölkədə minlərlə bloqqer var və onlar sərbəst fəaliyyət fəaliyyət göstərirlərmi?
İdrak Abbasov: Mən ölkədə minlərlə bloqqer tanımıram. Beş-altı bloqqer tanıyıram ki, onlara da müxtəlif təzyiqlər var.
Müşfiq Ələsgərli: Ölkədə legitim opponentlər var, siyasi qüvvələrin liderləri sosial şəbəkələrdə aktivdir, heç vaxt da onların sosial şəbəkədə fəaliyyətərinə maneələr yaradıldığı barədə eşitməmişəm.

Verlişin videosu mətnin başında, audiosu isə yazının altındaır. Mövzu ətrafında fikir və mülahizələrinlə Facebookda və ya yazının forumunda iştirak edə bilərsən.




XS
SM
MD
LG