Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Bakıda Avropa rəsmilərinə "hack" oldu - VİDEO


-
Avropa Komissiyasının Bakıda keçirilən İnternet İdarəçiliyi Forumunda iştirak edən 2 rəsmisi laptoplarına kənar adamların müdaxilə etdiyini bildirib. Bu haqda xəbər yayan «BBC Azərbaycan» Avropa Birliyinin rəsmisi Ryan Heath-a istinad edir.

Xəbəedə bildirlir ki, Ryan Heath və Avropa Komissiyasının vitse-prezidentinin köməkçisi noyabrın 8-i səhər oteldə ikən digər bir kompüterdən onların şəxsi kompüterlərinə girilib.

Hadisə ilə bağlı müxbirimiz Ryan Heath-a müraciət etdi. O, AzadlıqRadiosuna baş verənləri belə təsvir etdi:

- Bu gün səhər mən şəxsi kompyuterimdə işləyirdim. Nahara getdim. Geri qayıdanda "Apple"-dan ismarış aldım ki, mənim kompyuterimə naməlum ünvandan, başqa bir avadanlıqdan daxil olublar. Mən kənardan öz kompyuterimə girməyə çalışmamışam. Bilmirəm, kənardan kompyuterimə girən kim olub. Amma, əlbəttə, belə bir hadisənin baş verməsi məyusedicidir.

- Bu məsələ ilə bağlı Azərbaycan rəsmilərinə müraciət etmək istəyirsizmi?

- Hər şeydən əvvəl mən kompyuterimin yoxlanmasını istəyirəm ki, ona nə ediblər. Ondan sonra harasa müraciət etməyə ehtiyac olub-olmaması barədə düşünə bilərəm. Hansısa həssas şəxsi informasiyamın götürülməsindən narahat deyiləm. Çünki açıq, ictimai işləri görürəm, gizli fayllarım, yaxud buna bənzər şeylərim yox idi. Amma əlbəttə, azadlıqlar, açıq cəmiyyətlə bağlı məsələlərin müzakirə edildiyi belə bir konfransda bu cür davranışla üzləşmək xoş bir şey deyil.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov BBC-yə bu məsələdən xəbərsiz olduqlarını deyib.

«Biz bu barədə eşitməmişik… Bizə bu barədə məlumat verilməyib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG