Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Avropa Komissiyasının vitse-prezidentini məhkumların müalicə müəssisəsinə buraxmadılar


Neelie Kroes

Neelie Kroes

-
Noyabrın 8-də Bakıda olan Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Ədliyyə Nazirliyinin Müalicə Mərkəzinə buraxılmayıb. Neelie Kroes deyir ki, o, müalicə müəssisəsinə getməklə bağlı noyabrın 7-də prezidentdən icazə də alıbmış:

«Prezident razılığını verdi. Ancaq biz bu səhər o müəssisəyə gedəndə heç bir rəsmi reaksiya göstərilmədi. Mülki şəxslər bizə qapıda dedilər ki, müəssisə rəhbərliyi bizə icazə vermir. Dialoqlar gərək şəffaf və açıq olsun».

Neelie Kroes prezident İlham Əliyevlə dünən səhər görüşmüşdü. Görüşdən sonra isə ölkədəki söz azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini bildirmişdi. Demişdi ki, «Azərbaycanda və digər yerlərdə hakimiyyətdə olanlar bilsinlər ki, media azadlığına bu repressiv məhdudiyyətlər qəbuledilməzdir. Azərbaycan da daxil olmaqla, Avropa Şurasının üzvləri öhdəlik götürdükləri standartlara əməl etməlidirlər. Mən bu ismarışı Azərbaycan prezidentinə çatdırmaq istəyirəm».

MƏNİM ÖLKƏ PREZİDENTİM ƏMR VERSƏYDİ...

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, görüşün baş tutmaması prosedur qaydalarla bağlı olub:

Mehman Sadıqov

Mehman Sadıqov

«Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi və bu və ya digər məhkumlarla görüşülməsi müvafiq qanunvericiliklə və beynəlxalq normativ aktlarla tənzimlənir. Birincisi, onların müraciəti çox gec daxil olmuşdu. Eyni zamanda həmin müraciətə baxılarkən onlar bir az tələsdilər, getdilər. Ona görə belə oldu. Hər hansı bir başqa problem yoxdur. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən dəfələrlə bizim cəzaçəkmə müəssisələrində olublar. Məhkumlarla görüşüblər. Yenə deyirəm, orada prosedur qaydaları gözlənilməlidir. Onların da vaxtı məhdud olduğu üçün başçəkməni həyata keçirə bilməyiblər».

Neelie Kroes onu da deyib ki, o Azərbaycandan gedəndən sonra İlham Əliyevə təşəkkür məktubu yazacaq: «Məni qəbul etdiyi üçün təşəkkür edəcəyəm. Qeyd edəcəyəm ki, onun mənə icazə verməsinin heç bir xeyri olmadı. İcazə onun adamları tərəfindən icra edilmədi, onun sözünə əməl olunmadı. Mənim ölkə prezidentim hansısa əmr versəydi, hər bir demokratik ölkədə olduğu kimi ona əməl olunardı».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG