Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək


Noyabrın 12-də Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçiriləcək.

Dünya Azərbaycanlı Gənclər Birliyindən APA-ya verilən məlumata görə, məqsəd
Ermənistan prezidenti Serzh Sargsyanın Fransaya səfərinə etiraz bildirməkdir.

Aksiyada Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlıların xatirəsi yad ediləcək.

Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə təhlükə olması və beynəlxalq aləmin münaqişəyə ədalətli qiymət verməsi ilə bağlı şüarlar səsləndirəcəklər.

Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, digər bu cür cəmiyyət və birliklərin üzvləri iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG