Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:35

Hu Jintao korrupsiyadan danışıb


“Korrupsiya ilə mübarizə ən vacib məsələlərdəndir. Bu hamını çox narahat edir. Əgər biz korrupsiya ilə mübarizə apara bilməsək, bu bizim partiyanın və dövlətin sonuna gətirib çıxaracaq”.

Bunu Çin prezidenti Hu Jintao Kommunist Partiyasının bu gün işinə başlayan 18-ci konfransında deyib.

Prezident deyib ki, daxili və xarici problemlərin həlli üçün yeni iqtisadi modelə ehtiyac var.

Bu günkü konfransda Hu Jintao vəzifəsini vitse-prezident Xi Jinpingə təhvil verəcəyi gözlənilir.

2 mindən artıq nümayəndənin iştirak etdiyi Kommunist Partiyasının toplantısı noyabrın 14-də sona çatacaq. Çində prezidentlik vəzifəsi hər 10 ildən bir dəyişir.
XS
SM
MD
LG