Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40
-

«Hər səhər evimizdəki 4 uşaq gözünü açıb süfrədə soğan-çörək, qaynanmış kartof görür. Elə vaxt olur heç çayımız da olmur. Eləcə yediklərinin üstündən krandan gələn bulanıq su içirdib, sonra da onun-bunun verdiyi köhnə-külüş pal-paltarı əyinlərinə geydirib, məktəbə yollayırıq. Çox vaxt xəstə olduqlarına görə məktəbə getmirlər. Bu uşaqların gələcəklərini düşünəndə az qalır ürəyim partlasın».

«Qaynar xətt»ə Qazaxın Aşağı Quşçu kəndindən zəng edən Telman Səfiyevi dinləmək asan deyildi. 42 yaşında ağzında bir dişi, başında tükü qalmadığını deyən müsahibim 20 yaşında evlənməsindən, Qarabağda könüllü döyüşməsindən, 4 uşaqla kiminsə tapıb gətirib, ona verdiyi vaqona sığınmasından, səhərləri soğan-çörəklə açıb, axşamları ac-susuz yatmaqlarından tutmuş hər şeydən danışdı.

«Özüm bu şəraitsiz, soyuq vaqonda «prostat vəzi»ndən, arvadımsa qan azlığından, təzyiqdən, şəkərdən əziyyət çəkirik. Nə mən, nə də həyat yoldaşım işləmir. Sağlamlığımız buna imkan vermir. Yaşımız da o yaş deyil ki, pensiyaya çıxaq, xəstəliyimizə görə də bizə pensiya düşmür. Qalmışıq bizə yazığı gələn 3-4 adamın ümidinə. Qonşularımızdılar, yaxın qohum-əqrəbalarının geymədiklərini, yemədiklərini yığıb gətirirlər bizə».

HEÇ OLMASA 1 OTAQ...

Telman Səfiyev heç olmasa bir otaqla təmin olunmaq üçün dəfələrlə Qazax Rayon icra Hakimiyyətinə getdiyini deyir. Dediyinə görə, bir dəfə də olsun qurum rəhbərliyi ilə görüşə bilməyib ki, dərdini desin.

Qazax rayon İcra Hakimiyyətindən isə «Qaynar xətt»ə bildirdilər ki, İcra hakimiyyətinin ev fondu olmadığından belə ailələri evlə təmin edə bilmirlər. Hazırda İcra Hakimiyyəti şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə məşğuldur. Bildirildi ki, Telman Şəfiyev şifahi yox, rəsmi məktubla rayon İcra Hakimiyyətinə müraciət etsin. İcra hakimiyyəti də onun məktubunu qeydiyyata götürüb, diqqətdə saxlayacaq. Gələcəkdə müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan həmin ailəyə də mənzil ayrılması mümkündür.

ÜNVANLI SOSİAL YARDIM ÜMİDİ

O ki qaldı ailəyə maddi yardım göstərmək məsələsinə, İcra Hakimiyyətindən bildirdilər ki, ailə başçısının ünvanlı sosial yardım almaq hüququ var.

Qazax rayon Sosial Müdafiə Mərkəzindən isə məsləhət gördülər ki, Telman Səfiyev müvafiq sənədlərini Mərkəzə təqdim etməlidir. Mərkəzdə ailənin gəlirləri hesablandıqdan sonra ünvanlı sosial yardım təyin olunacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG