Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Çində azı 4 tibetli özünü yandırıb


Çində azı 4 tibetli özünü yandırıb. Onlar Çinin Tibetə qarşı apardığı siyasətə qarşı etirazlarını bildiriblər.

Bu haqda Londondakı Azad Tibet qeyri-hökumət təşkilatı məlumat verib.

Özünü yandıranlardan biri - 15 yaşlı gənc ölüb. Digər iki nəfər isə xəstəxanaya çatdırılıb. Bundan başqa Sinxay əyalətində 23 yaşlı qadın da özünü yandırıb.

Son iki ildə bu cür etiraz üsulundan onlarla adam istifadə edib. 60-a yaxın adam ölüb.

Rəsmi Pekin tibetlilərin hüquqlarının pozulması fikri ilə razı deyil. Çin rəsmiləri bu cür etirazlara görə tibetlilərin ruhani lideri Dalay Lamanı ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG