Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

Qvatemalada zəlzələdə ölənlərin sayı 50-yə çatıb


Qvatemalada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 50-yə çatıb. 150-dən artıq adam isə yaralanıb. İtkin düşənlər var.

Ən çox dağıntılar Meksika ilə sərhəddəki San-Markos əyalətində qeydə alınıb.

Ölkə prezidenti Otto Perez Molina zəlzələ bölgəsinə baş çəkib.

Zəlzələ bu gün səhər Qvatemalanın Sakit Okean sahilində 7,4 bal gücündə olub.

ABŞ-ın Sakit Okean Sunami Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG