Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

Azad Suriya Ordusu hücuma keçib


Azad Suriya Ordusu Türkiyə ilə sərhəddəki Ceylanpınar məntəqəsi ilə üzbəüz məntəqəni ələ keçirmək üçün hücuma keçib. Tanklardan da istifadə olunan döyüşdə Assad əsgərləri də tanklarla cavab verir.

Türkiyə mediasının xəbərinə görə, səhər saat 4-dən başlayan döyüş davam edir. Yaralıların Türkiyənin Ceylanpınar dövlət xəstəxanasına gətirilməsi gözlənilir.

Şanlıurfanın Ceylanpınar yaşayış məntəqəsindəki məktəblərdə dərslər dayandırılıb. Çoxlu sayda təcili yardım maşınlarının siqnal səsləri eşidilir.

Türkiyə tərəfdən hərbçilər hazır vəziyyətə gətirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG