Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:09

Türkiyə Ermənistan təyyarəsini məcburən endirib


Türkiyə Ermənistandan Suriyanın Hələb şəhərinə uçan təyyarəni Ərzurum aeroportunda endirib.
Təyyarədə hazırda axtarış aparılır. Axtarışın günortaya qədər davam edəcəyi bildirilir.

Ermənistan təyyarənin humanitar yardım apardığını bildirir.

Bundan əvvəl oktyabrın 15-də də Türkiyə Ermənistandan Suriyaya uçan təyyarəni məcburən öz ərazisində endirmişdi.

Həmin vaxt içində yardım olan 1400 qutu bir-bir yoxlamadan keçirilmişdi. Axtarışdan sonra təyyarənin uçuşa davam etməsinə icazə verilmişdi.
XS
SM
MD
LG