Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

6 yaşlı qızı ərə vermək şəriətə uyğundurmu?


Pakistanda Svat əyalətində yaşayan bir ailə bildirir ki, yerli tayfa başçıları onları məcbur edirlər ki, qan davasını bitirmək üçün 6 yaşlı qızlarını ərə versinlər.

Shari kəndindəki Tayfa məclisinin – Cirqanın din və adətlərə əsaslanaraq verdiyi qərarına görə, Bibi Roza adlı 6 yaşlı qız 2 düşmən ailəsindən olan oğlanla nikaha girməlidir. Məclis toy gününü də Noyabrın 11-nə təyin edib.

Bibi Rozanın valideynləri tayfa məclisinin bu qərarının ləğv elətdirmək üçün Svat əyalətinin məhkəməsinə müraciət ediblər. Polis bildirir ki, onlar həmin toyun baş tutmaması üçün əllərindən gələni edəcəklər.

Pakistanın Xeybər Paxtunşa əyalətində qan düşmənçiliyə son qoymaq üçün düşmən ailəyə qızların ərə verilməsi adəti geniş yayılıb. Ancaq 6 yaşlı qızın Suara adlanan bu adətə qurban verilməsi çox nadir rastlanan hallardandır.

Türkiyənin bəzi əyalətlərində də bu adət hələ də qüvvədədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG