Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Fransada homoseksual ailələrə uşaq övladlığa götürmək icazə verilir


Fransanın sosialist hökuməti homoseksualların nikahını leqallaşdırmağı və homoseksual ailələrə uşaq övladlığa götürməyi icazə verən qanunu dəstəkləyir.

Prezident Francois Hollande bildirib ki, bu qanun qəbul edilərsə təkcə homoseksuallar üçün yox, bütün Fransa üçün faydalı olacaq.

Qanun layihəsi Yanvarda müzakirəyə çıxarılacaq.

Fransadakı sağçılar və Müsəlman, Xristian və Yəhudi qrupları isə təklif edilən dəyişikliklərə qarşı çıxırlar.

Avropa Birliyinin bir sıra dövlətləri - Belçika, Britaniya, Danimarka, İslandiya, Hollandiya, Norveç, İsveç və İspaniyada çoxdandır ki, homoseksual ailələrə uşaq övladlığa götürməyə icazə verilib.
XS
SM
MD
LG