Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40

«Tanınmış diplomat Naxçıvanda olub»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 5 oktyabr 2012. sayı: 189 (20.594)


BEYNƏLXALQ TELEKOMMUNİKASİYA BİRLİYİNİN REGİONAL SEMİNARI KEÇİRİLİB

...Seminarda Naxçıvan Şəhər Rabitə İdarəsinin baş mühəndisi Elbrus Qocayev «Telekommunikasiyanın dünya inkişaf tendensiyası və Naxçıvan Muxtar Respublikasında avtomat stansiyalarının Yeni Nəsil texnologiyalarla əvəz edilməsi» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq Yeni Nəsil Kommunikasiya (NGN) sistemi Naxçıvanda tətbiq edilib, hazırda Naxçıvan şəhəri, Babək qəsəbəsi, Nehrəm kəndi, Şərur və Sədərək rayonları bu sistemlə işləyir. NGN sistemi ümumilikdə muxtar respublikanın telekommunikasiya şəbəkəsinin 59 faizini əhatə edir.

Naxçıvan telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Naxçıvan – Türkiyə - Gürcüstan – Bakı istiqamətində və Naxçıvan – İran – Bakı istiqamətində yeni STM – 16 səviyyəli telekommunikasiya əlaqələri təşkil edilməklə kəsintisiz dairəvi şəbəkə yaradılıb.

Sonra Naxçıvan Muxtar Respublikasında informasiya – kommunikasiya texnologiyalarının müasir səviyyəsi ilə əlaqədar təqdimat nümayiş etdirilib.

TANINMIŞ DİPLOMAT NAXÇIVANDA OLUB

Azərbaycan ictimai – siyasi və elmi – mədəni həyatında mühüm rol oynayan Şahtaxtinskilər nəslinin nümayəndəsi, tanınmış diplomat Aleksis Şahtaxtinski Naxçıvan Dövlət Universitetində olmuşdur.

Tələbələrlə keçirilən görüşdə rektor, akademik İsa Həbibbəyli Aleksis Şahtaxtinski haqqında məlumat verərək onu böyük bir nəslin varisi kimi təqdim etmişdir. Qeyd olunmuşdur ki, Sarbonna Universitetinin məzunu olan Aleksis Şahtaxtinski 1993-cü ildən diplomat kimi fəaliyyətə başlamışdır. ATƏT-in Bakı Ofisinin rəhbəri, Fransa dövlət nazirinin Avropaya inteqrasiya üzrə müavini kimi fəaliyyət göstərmiş Aleksis Şahtaxtinski Azərbaycana, xüsusən də Naxçıvan Muxtar Respublikasına bağlı vətənpərvər bir ziyalıdır.

Sonra Aleksis Şahtaxtinski «Beynəlxalq münasibətlər: dünəni, bu günü və sabahı» mövzusunda məruzə edərək ölkələrarası diplomatik münasibətlərin tarixindən, super – dövlətlərin siyasi maraqlarından, dünyada gedən son siyasi münaqişələrdən, Azərbaycan diplomatiyasının inkişaf yollarından bəhs etmişdir

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Ürək – damar xəstəliklərinin bu günü və sabahı
- Əsgərlərimizə sovqat aparılıb
- Naxçıvan duzdağı
XS
SM
MD
LG