Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:32

Gənclərin fikir platforması - Gənclər Məclisi təsis edildi


Gənclərin etiraz aksiyası, 11 mart 2011

Gənclərin etiraz aksiyası, 11 mart 2011

-
Noyabrın 4-də müxtəlif peşə sahibi olan 50-yə yaxın gəncin iştirakı ilə Gənclər Məclisi təsis edilib.

«Flashmob»a qonaq olan Gənclər Məclisinin təşəbbüskarı Ülvi Həsənli və üzvü Pərviz Əzimov deyir ki, ideya avqustun sonunda yaranıb. Dörd nəfər-Ülvi Həsənli, Rəşad Həsənov, Aygün Pəncəliyeva, Samir Əsədlinin təşəbbüsü ilə yaradılan Məclisin əsas məqsədi gənclər üçün fikir platforması olmaqdır:

«Biz dörd nəfər müzakirə edirdik ki, format necə oluna bilər. Təxminən iki ay müzakirələr getdi, çünki məclis təsis olunanda, hamının fikri təmsil olunmalı idi orada».

Gənclər düşünür ki, bu qədər gənclər təşkilatları, hərəkatlar olsa da, Gənclər Məclisi hamını bir platformada birləşdirəcək:

«Bir-birini tanımayan kifayət qədər potensiallı insanlar var. Biz onların bir platformada birləşməyini istəyirdik ki, onlar müzakirələr aparıb mesajlar versinlər cəmiyyətə. Azərbaycanda müstəqil gənclərin gəncliyə xitab edəcək platforması yoxdur. Təşkilatlar konkret olaraq hərəkat formatındadır, aksiya keçirirlər, çağırış edirlər. Amma məclisin hələ ki, bir funksiyası olacaq ki, cəmiyyətə mesaj verilsin. Orada əsas məqsəd ictimai rəy formalaşdırmaq üçün gənclərə xitab etməkdir. Məclisdə siyasi partiyaların gənclər təşkilatlarının nümayəndələri, jurnalistlər, özəl sektordan gənclər, gənc ekspertlər var. Hüquqşünasdan tutmuş mühəndisədək müxtəlif peşə sahiblər var».

Həm Ülvi, həm Pərviz deyir ki, çalışacaqlar Gənclər Məclisi siyasi təşkilat kimi tanınmasın. Məclis siyasətdən uzaq dayanacaq. Gənclər Məclisinin əsas dəyərləri hüququn aliliyi, bərabər imkanlar, tolerantlıq, plüralizm, ədalətdir.

Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG