Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Sİlahlı Qüvvələrin Baş qərargah rəisi və Briqada komandiri həbs edilib


Gürcüstanın keçmiş Daxili İşlər naziri Bacho Akhalaiadan sonra noyabrın 7-də Müdafiə nazirliyinin iki yüksək rütbəli rəsmisi də həbs olunublar.

Həbs olunanlar Gürcüstan Silahlı qüvvələrinin Baş qərargah rəisi Giorgi Kalandadze və Briqada komandiri David Shamatavanın vəkili bildirib ki, hələ onlara qarşı ittiham irəli sürülməyib.

Keçmiş Daxili İşlər naziri Bacho Akhalaia isə müvəqqəti saxlanma təcridxanalarındakılara pis rəftar halları ilə bağlı sorğu-suala çəkilib.

Prezident Mikheil Saakashvilinin yaxın müttəfiqi olan Akhalaia Sentyabr ayında həbsxanalarda məhbuslara işgəncə verilməsi haqda videolar yayılandan sonra istefa vermişdi. O zaman nazir bu işgəncələri təşkil etməklə bağlı iddiaları “sarsaq” və “absurd” adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG