Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:26

AVropa Komissiyasının vitse-prezidenti Azərbaycanda mediaya təzyiqlərdən danışıb


Azərbaycanda media üzərində özbaşına məhdudiyyətlər görürük. Azad sözə görə cinayət məsuliyyəti var. Jurnalistlərə zorakı hücumlar olur. Fəallar online izlənir, jurnalistlərin və onların mənbələrinin məxfiliyi pozulur.
Bunu Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes Bakıda İnternet İdarəçiliyi Forumunda “Azərbaycanda azad medianın qorunması” başlıqlı çıxışında deyib.
“Biz bunu pisləyirik. Məhdudiyyətlərə son qoyulmalıdır. Hücumlar araşdırılmalı və cəzalandırılmalıdır. Dərhal, dərindən və şəffaf şəkildə”.
Neelie Kroes jurnalist, 2012-ci il UNESCO Ümumdünya Mətbuat Azadlığı Mükafatının qalibi Eynulla Fətullayevin adını qeyd edib, deyib ki, o, söz azadlığının müdafiəsi barədə danışıb və buna görə həbs olunub.
“Azərbaycan hökuməti bu ilin əvvəlində (Eurovision Mahnı Müsabiqəsindən əvvəl) söz verib ki, mətbuat azadlığını təmin edəcək, ancaq vəziyyət daha da pisləşib.”
“Mən hər şeydən çox istəyirəm ki, Azərbaycanda və digər yerlərdə hakimiyyətdə olanlar bilsinlər ki, media azadlığına bu repressiv məhdudiyyətlər qəbuledilməzdir”

Günün bütün mövzuları

XS
SM
MD
LG