Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:37

ABŞ seçkilərində uduzan qalibi təbrik etsə də, səslərin sayılması davam edir


Demokratların namizədi Barack Obama Respublikaçı rəqibi Mitt Romneyə qalib gələrək daha 4 illiyə ABŞ prezidenti seçilib.

Obama qələbəni Chicagoda élan edib.

“Bu gecə, bu seçkidə siz – Amerika xalqı bird aha xatırlatdız ki, yolumuz uzun, kələ-kötür olsa da, biz özümüzə gəlməyi bacardıq, doğru yolu tapdıq və ürəyimizin dərinliyində bilirik ki, Amerika üün yaxşı günlər hələ qabaqdadır”.

Bundan əvvəl Mitt Romney Bostonda seçicilərlə görüşündə məğlubiyyətini qəbul edib, Obamanı təbrik edib.

“Mən indicə Prezident Obamaya zəng edib onu təbrik elədim. Onu dəstəkləyənlər və yardımçıları da təbrikə layiqdirlər. Mən onların hamısına uğur arzu edirəm, ələxsus da, prezidentə, xanımına və qızlarına. İndi Ameirka üçün böyük sınaqlar zamanıdır və prezident xalqımızı bu sinaqlardan çıxarması üçün dua edirəm”.

Obama da bildirib ki, ən yaxın zamanda Mitt Romney ilə görüşüb, ölkənin inkişafı yollarını müzakirə edəcək.

2012-ci ilin seçkiləri ABŞ tarixində rəqiblərin bir-birinə ən yaxın sayda səs yığdığı seçkilərdən olub.

Səslərin artıq 97 faizi sayılıb, Obama artıq indidən 303 kollegial səs toplayıb.

Ümumilikdə Obamanın ABŞ seçicilərinin 50, Romneyin isə 48 faiz seçici səsi toplayacağı gözlənir.

Hər iki namizəd birlikdə seçki kampaniyasına 2.5 milyard dollar pul xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG