Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:32

Qan Turalı yeni kitabını təqdim edəcək


-

Bu həftənin şənbə günü (10 noyabr) saat 14:00-da Açıq Fikir Universitetində gənc yazar Qan Turalının "Polis qorxusuyla öpüşmək" kitabının təqdimatı keçiriləcək.

Kitabda yazarın eşq haqqında esseləri cəmlənib.

Eşqin insan həyatında oynadığı rolu müxtəlif bədii mətnlər, filmlər üzərindən şərh olunduğu kitabın müasirlik vurğusu da kifayət qədər qabarıqdır.

Bu barədə Azad Fikir Universitetindən məlumat verib.

Tədbir “Diplomat” otelin 5-ci mərtəbəsində (Süleyman Rəhimov 185) keçiriləcək.

İştirakçılar üçün məhdud sayda kitab təqdim ediləcək.

Tədbir bütün iştirakçılara açıqdır, giriş sərbəstdir.
XS
SM
MD
LG