Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:33

Tarkovskinin arxivi hərraca qoyulur


Rusiya - Tarkovski (sağda) "Solaris" filminin çəkilişlərində, 1 avqust 1971
Rusiya - Tarkovski (sağda) "Solaris" filminin çəkilişlərində, 1 avqust 1971
-

Məşhur rus rejissoru Andrey Tarkovskinin şəxsi arxivi hərraca çıxarılır.

“Oxu zalı” Britaniyanın “Guardian” qəzetinə istinadla xəbər verir ki, noyabrın 28-də keçiriləcək auksionda müştərilərə rejissorun məktubları, audiyazıları, fotoları və ssenariləri təklif ediləcək.

Proqnozlara görə, arxiv 80-100 min funt sterlinqə satıla bilər.

Arxivi hərraca kinoşünas və Tarkovskinin tələbəsi Olqa Sokurova çıxarır.

O həm də Tarkovski haqda “Sculpting in time” kitabının ("Запечатлённое время") kitabının müəllifidir.

Rejissor orada öz filmlərini anladır, kino və incəsənət haqda düşüncələrini bölüşür.

Arxivin ən çox diqqət çəkən əşyalarından biri Tarkovskinin sovet lideri Leonid Brejnevə yazdığı məktubdur.

Rejissor ondan SSRİ-də fəaliyyətinə şərait yaradılmasını və qadağan edilmiş filmlərinin nümayişinə icazə verilməsini xahiş edir.

Arxivə Tarkovskinin ailə fotoları, filmləri haqda kadrbakadr qeydlərinin yer aldığı bloknotlar, filmlərin son variantlarından fərqlənin ssenariləri də daxildir.
XS
SM
MD
LG