Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:02

Elektron hökumətə güvənmək olarmı?


İnternetdən kim, necə istifadə edir?
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

İnternetdən kim, necə istifadə edir?

-
İNTERNETLƏ ÖDƏNİŞ VƏ DİGƏR İŞLƏR NECƏ GÖRÜLÜR

İsmayıl Hüseynov müxtəlif ölkələrdəki mağazaları evinə gətirir, müxtəlif borclarını da elə evdən ödəyir. Necəsi haqda özü danışır:

«Aylıq telefon haqqı, beynəlxalq və şəhərlərarası zəngləri də internet vasitəsilə özüm hesablayıb ödəyirəm. «Bakıelektrikşəbəkə» və digər kommunal xərcləri də elə evdən ödəyirəm. Müxtəlif ölkələrdəki mağazalardan sifarişlər verirəm, evimə çatdırırlar. Bunun üçün mənə internet, bir də istənilən banklardan pulsuz verilən «Visa» bank kartları yardımçı olur. Əvvəllər isə internet borcunu ödəmək üçün ya vaxtında çata bilmirdim, ya nahar fasiləsinə düşürdüm. Üstəlik də gedib-gəlmək üçün vaxt itirirdim. Amma indi evdən günün istənilən vaxtı ödəniş edə, şoppinq edə bilirəm. İndi işlərim bir xeyli rahatlayıb».

BİRBAŞA MÜRACİƏT DAHA TƏHLÜKƏSİZDİR?

Artıq Azərbaycanda da internet xidmətlər inkişaf etməyə başlayıb. Məsələn, siz evdə oturub kinoteatra bilet ala, kommunal xərcləri ödəyə, müxtəlif mağazalardan internetlə bəyəndiyiniz məhsulu ala bilərsiniz. Amma İsmayıldan fərqli olaraq, Rüfət Abdulla alış-veriş zamanı yerli saytlara güvənmir -- xarici saytlardan yararlanır. Deyir ki, xarici saytlar bank kartının təhlükəsizliyinə zəmanət verir və məlumatın tam qorunması üçün sistemi gücləndirir. Azərbaycanda bu sistemin olub-olmamasından xəbərsizdir deyə, bank kartının məlumatlarını yerli sayta yazmağa etibar etmir:

«Xarici saytlar mənim bank kartımın təhlükəsizliyinə zəmanət verir. Mənim kart məlumatlarının məxfi saxlanılması üçün sistemi gücləndirir. Təsəvvür edin, mən kartın kodunu və şifrəsini kompüterə daxil edirəm, necə bilərəm ki, bu məlumatlar qorunur. Ona görə də, çox vaxt alış-veriş, digər əməliyyatları Azərbaycanda internetlə etmirəm. Baxmayaraq ki, vaxtım itir, amma birbaşa müraciətə daha çox üstünlük verirəm».

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNƏ KİM MƏSULİYYƏT DAŞIYIR?

Azərbaycanda ilk olaraq Vergilər Nazirliyi onlayn xidmətlərdən istifadəyə başlayıb. Artıq bir çox dövlət qurumlarında internet xidmətləri fəaliyyət göstərir. İnternet vasitəsilə kommunal xərcləri ödəmək, alış-veriş etmək və digər imkanlar var.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Bəxtiyar Məmmədov deyir ki, elektron hökumətin yaradılması üçün işlər davam edir. O, bəzi problemlərin yaranmasını normal hesab edir. Çünki bu sistem yenidir. O ki, qaldı informasiyaların qorunması məsələsinə. Bəxtiyar Məmmədov bildirdi ki, bank kartlarının məxfiliyi, o cümlədən digər məlumat və informasiyaların qorunması məsuliyyəti təsisatların öz üzərinə düşür:

«Təhlükəsizlik məsələləri konkret olaraq həmin təsisatın üzərinə düşür. İnformasiya resurslarının qorunması, bankların təhlükəsizliyi ilə bağlı məsələlərə həmin təsisatların özü məsuliyyət daşıyır».

ELEKTRON XİDMƏTLƏR SİYAHISI YENİLƏNİB

Bu ilin oktyabrında Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının konkret sahələr üzrə elektron xidmətlər qaydalarını və elektron xidmət növlərinin siyahısına dəyişiklikləri təsdiqləyib.

Elektron hökumətin yaradılmasında məqsəd vətəndaşlara internet vasitəsilə müxtəlif xidmətlərdən istifadə imkanı yaratmaqdır. Ancaq yerli və xarici müşahidəçilər Azərbaycan nümunəsində elektron hökumətin korrupsiyanın kökünü kəsməkdə əsas vasitə olacağını bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG