Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Barack Obama: «Qarşıda çətin qərarlar durur» [Video]


Obama qələbə nitqini söyləyir
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
-
ABŞ Prezidenti Barack Obama daha dörd il müddətinə prezident seçilib. O, seçkilərdə Respublikaçılar Partiyasından Mitt Romney-i məğlub edib.

«ƏN YAXŞISI QABAQDADIR»

Obama Çikaqoda tərəfdarları qarşısında çıxışında qələbəsini elan edib:

«Bu axşam, bu seçkidə siz, Amerika xalqı bizə xatırlatdınız ki, yolumuz çətin, səfərimiz uzun olsa da, özümüzü toparladıq, yolumuzu qazandıq. Biz qəlbimizdə bilirik ki, Amerika Birləşmiş Ştatları üçün ən yaxşı şey hələ qabaqdadır».

O, vurğulayıb ki, kampaniyasının əsas mövzusu hamı üçün bərabər imkanlar uğrunda mübarizə aparmaq olub, bildirib ki, Amerikada demokratiya ilə birgə gələn siyasi arqumentlər prosesin vacib bir hissəsidir. Qarşıda çətin qərarların durduğunu deyən prezident qeyd edib ki, kor optimizm və arzu edilən idealizm «irəliləmək üçün çətin kompromislərə getmək ehtiyacını əvəzləyə bilməz».

«BƏZİ ÖLKƏLƏRDƏ ƏHALİ BİZİM KİMİ SƏS VERƏ BİLMƏK ÜÇÜM HƏYATINI RİSKƏ ATIR»

«Biz bir ölkə kimi böyük qərarlar verərkən, bunlar mübahisə doğurur. Bu gecədən sonra, bu, dəyişməyəcək və dəyişməməlidir. Bu arqumentlər bizim azadlığımızın göstəricisidir. Biz heç vaxt unutmamalıyıq ki, biz danışdığımız zaman, uzaq ölkələrin əhalisi elə bu anda həyatını riskə atır ki, vacib məsələlər barədə mübahisə etmək üçün bircə şans qazansın – bizim bu gün etdiyimiz kimi, səs vermə hüququ əldə etsin».

ROMNEY: «DUA EDİRƏM Kİ...»

Mitt Romney
Mitt Romney
Bundan əvvəl Mitt Romney Bostondakı seçki qərargahında məğlubiyyətini etiraf edib:

«Elə indicə Prezident Obama-ya zəng edib onu qələbə münasibətilə təbrik etdim. Onun tərəfdarları və kampaniyası da təbrikə layiqdir. Hamısına uğurlar arzulayıram, xüsusilə də prezidentə, birinci lediyə və qızlarına. Amerika üçün böyük problemlər dövrüdür və mən dua edirəm ki, prezidenti milləti irəli aparmaqda uğur qazansın».

Obama isə çıxışında deyib ki, Romney-ə zəng edib və tezliklə onunla görüşüb ölkəni irəli aparmağın yollarını müzakirə edəcəyinə ümid edir.

Amerika seçkilərini şərh et


Kimin qələbəsini arzulayırsan və niyə?

İKİSİ BİRLİKDƏ 2.5 MİLYARD DOLLAR TOPLAYIB

Son nəticələrə görə, ABŞ-ın 44-cü prezidenti olan Obama 303 kollegiya səsi toplayıb.

O, rəqabətin gərgin keçdiyi Virciniya, Ohayo, Ayova, Miçiqan, Nyu-Hempşir, Pensilvaniya və Viskonsin ştatlarında da qələbə çalıb.

Romney atasının qubernator olduğu Miçiqan ştatında Obamaya uduzub.

ABŞ-da prezidenti ümumxalq səsverməsi deyil, Seçki Kollegiyası seçir. Hər bir ştatın kollegiyada payı əhalisinin sayına görədir.

Obama və Romney birlikdə seçki kampaniyası üçün 2.5 milyard dollardan çox vəsait toplayıb.

ABŞ seçkilərini bizim xüsusi saytda izlə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG