Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Bu gecə seçki deyil, demokratiyadır




Kimin qələbəsini arzulayırsan və niyə?
ABŞ-ın Londondakı səfirliyində davam edən seçki məclisindən xəbər verən “The İndependent” qəzetinin müxbiri James Cusick belə bir epizodu təsvir edir.

Qonaqları salamlayan Amerika səfiri Louis Susman zarafat edib:

-Söhbət gəzir ki, bu gecə seçki baş verir. Yox, bu gecə demokratiya baş verir. Və mən sizi əmin edirəm ki, kimin qalib gəlməsindən asılı olmayaraq bizim ölkələrimiz arasındakı münasibətlərə təsir etməyəcək.

Müxbir yazır ki, qonaqlar özlərini idman yarışını seyr edirmiş kimi aparırlar. Kiminin əlində sampan şüşəsi var, kimininsə buterbrod.

Buradakı 2 mühafizəkar millət vəkili etiraf edirlər ki, Barack Obamanın azarkeşidirlər.

“Ümid edirəm ki, burada sampan şərabı töküləndə Obama hələ də prezident olaraq qalacaq”, - deyir onlardan biri.

Yaxasında ulduzlar və zolaqlar olan ofisiant qadın onun sözünü kəsir:

- Bura Amerika ərazisidir ser, bizdə sampan şərabı heç vaxt tükənmir, o ki qaldı seçki gecəsi ola”…

ABŞ seçkilərini dəqiqəbədəqiqə burada izlə
XS
SM
MD
LG