Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20


Kimin qələbəsini arzulayırsan və niyə?
Amerikanın birinci xanımlığına namizəd Ann Romney “The Daily Telegraph” qəzetinə bildirib ki, Uelsin Qlamorqan kömür mədənlərində çalışmış babası ilə fəxr edir”.

Xanım Romney Cənubi Uelsdəki qohumlarına ötən yay baş çəkib. Onun əmisi oğlu 65 yaşlı Jeffrey Smith deyib ki, bu gecə ilk dəfə olaraq yatmayıb, ABŞ seçkilərini izləyəcək. Onun sözlərinə görə, qohumunun Ağ Evdə yaşamasını çox istərdi.

Başqa bir əmioğlu isə bildirib ki, Ağ Evdə qohumu olmaq yaxşı şeydir.

Lakin qohumlar arasında ixtilaf hər yerdə var. Xanım Romney-nin daha gənc qohumu, Prestonda yaşayan 32 yaşlı Maria Nash deyib ki, Barack Obama daha yaxşı prezidentdir.

“Əgər Romney seçilsə, az müddətdən sonra aləmi qatacaq”, - deyib Maria.

Marianın əri Simon Nash isə lap biz azərbaycanlılar kimi danışıb: “Bu necə qohumdur ki, Londona gəlib, burdan-bura qohumlarına baş çəkməyib”.

AMERİKA SEÇKİLƏRİNİ CANLI OLARAQ BURADA İZLƏ
XS
SM
MD
LG