Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:27

Britaniyada yaşayan Amerikalılar şikayətlənirlər


-

Amerika seçkilərini şərh et


Kimin qələbəsini arzulayırsan və niyə?
Scotsman.com saytı xəbər verir ki, Britaniyadakı çoxminlik ABŞ icması üzvlərindən bəziləri öz ölkələrinin poçtla səsvermə sistemini kəskin tənqid ediblər.

Onlar bildirirlər ki, poçt səsverməsinə qeydiyyat zamanı texniki problemlərlə üzləşiblər.

Britaniyada təxminən 250 min Amerika vətəndaşı yaşayır və onların səsləri ABŞ prezidenti seçkilərinin nəticəsinə əhəmiyyətli təsir göstərə bilər.

"Britaniyadakı Demokratlar Xaricdə" təşkilatı adına baxmayaraq müxtəlif siyasi qüvvələri dəstəkləyən bütün ABŞ vətəndaşlarının seçkilərdə iştirakına yardım göstərir. Təşkilat bildirib ki, Britaniyadakı yüzlərlə seçicidən şikayətlər gəlib.

Birmingemdən 25 yaşlı investisiya bankiri Omar Siddiqui şikayət edir ki, mühüm seçki ştatı olan Ohayodan olmasına baxmayaraq qeydiyyata alınmayıb. Cənab Siddiqui məyus olan yeganə ABŞ vətəndaşı deyil.

11 ildir ki, Londonda yaşayan 35 yaşlı Nicholas Breakspeare Floridada doğulmasına baxmayaraq güc-bəla ilə son anda qeydiyyata alınıb.

Cənab Breakspeare deyib ki, çox güman, dünya boyunca 6 milyonadək Amerika vətəndaşlarından bəziləri də bu cür çətinliklərlə üzləşiblər.

ABŞ SEÇKİ SİSTEMİ TƏKMİLLƏŞİR, LAKİN HƏR ŞTATIN ÖZ TƏLƏBLƏRİ VAR

Demokratlar Xaricdə təşkilatına rəhbərlik edən Stephanie Stewart məsələyə aydınlıq gətirərək bildirib ki, ABŞ-da xaricdəki vətəndaşlar üçün səsvermə imkanları son illərdə xeyli yaxşılaşdırılıb və indi 18 ştat səsləri elektron məktublarla qəbul edir.


Lakin xanım Stewart əlavə edib ki, xaricdəki vətəndaşların səs vermələri üçün hər statin öz spesifik qanunları var.

Məsələn, Viskonsin ştatı israr edir ki, xaricdən göndərilən səsi, oradakı başqa bir ABŞ vətəndaşı şahid kimi təsdiq etməlidir.

Onun sözlərinə görə, bir çox ştatlar bülletenlər olan poçt zərflərində ayın tarixini göstərən ştampın olmasını tələb edirlər.

Stephanie Stewart bildirib ki, “xaricdə səs verən Amerika vətəndaşlarının böyük əksəriyyəti hərbçilərdir və onlara seçki üçün daha əlverişli şərait yaradılamlı idi”.

Bu arada Londondakı ABŞ səfirliyi bildirib ki, Britanityadakı Amerika seçicilərindən rəsmi şikayətlər alınmayıb.

Səfirlik bəyan edir ki, Birləşmiş Krallıqdakı ABŞ vətəndaşlarının böyük əksrəriyyəti artıq öz səslərini veriblər.

BRİTANİYA QƏZETLƏRİ ULDUZLAR VƏ ZOLAQLARLA DOLUDUR

Britaniyada bu gecə dərc olunan qəzetlərin birinci səhifələri ABŞ bayrağının zolaqları və ulduzları ilə bərq vurur.

Ölkənin bütün aparıcı qəzetlərinin internet saytlarında ABŞ-ın interaktiv seçki xəritəsi yerləşdirilib.

Britaniyanın çoxsaylı qəzet şərhçiləri “Obama udacaq” və ya “Romney qalib gələcək” kimi proqnozlu yazılarla çıxış edirlər.

Seçkinin son nəticələri bilinənədək bu cür yazılardan qonorar meyvəsini dərmək hələ mümkündür.

Sonra isə proqnozunda yanılanlar bunu daha səriştəli şərhlərində, daha ustalıqla “malalayacaqlar”.

Britaniyanın əsas telekanallarının onlarca müxbiri ABŞ ştatlarından canlı efirtdədirlər.
Bir sözlə, Britaniya bu seçkiləri öz seçkiləri kimi izləyir.

Bəzi qəzetlər hətta “Amerika seçkilərini izləmək üçün qaydalar” kimi təlimatlar da cap ediblər.

Bu təlimatlarda yuxuya getməmək üçün nəyi yemək və içmək və nəyi yeməmək və içməmək kimi məsləhətlər də verilir.

HƏR İKİSİ BİZİMKİDİR

Seçki ərəfəsində Britaniyanın bir çox qəzetləri Mitt Romney-nin əslən ingilis, xanımının isə əslən Uelsli olduğunu qabardan yazıalr dərc edib.

Jurnalsitlər hətta onalrın uzaq qohumlarını tapıb, müsahibələr də alıblar.
Bu kimi yazılarla rəqabət aparan başqa məqalələrdə Barack Obamanın anası tərəfdən İrlandiyaya bağlılığı önə çəkilib.

Necə deyərlər, “hər ikisi bizimki” olmağına bizimkidir, lakin ictimai rəyi termometr kimi əks etdirən Britaniya mediasının hazırkı prezidentə meylləndiyi sezilir.

UPİ agentliyinin bu günlərdə keçirdiyi rəy sorğusu da göstərib ki, səsvermə hüquqları olsaydı Britaniyalıların 70 faizi Obamaya səs verərdi.

“The Daily Telegraph” qəzetinə inansaq, baş nazir David Cameron da bu 70 faizin içindədir.

Qəzet yazır ki, Cameron ABŞ seçkiləri məsələsində rəsmən neytral olsa da, onun partiya yoldaşları bossun Barack Obamaya tərəfdar olduğunu söyləyirlər və əlavə edirlər ki, Obama ilə işləmək hökumət üçün daha rahat və daha təlatümsüzdür.

Qəzet yazır ki, cənab Cameron Mitt Romney-nin London Olimpiadası haqqında dediyi çox da ürəyə yatmayan şərhlərini unutmayıb.

Britaniya hökumətinə yaxın mənbə bildirib ki, Londonu kimin qalib gəlməsindən daha çox, qalib gələnin cüzi üstünlüklə qalib gəlməsi və Konqressə nəzarətli olmaması narahat edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG