Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

Bəhreində törədilən partlayışların təşkilində şübhəli bilinən 4 nəfər saxlanıb


Bəhreində 2 nəfərin ölümü ilə nəticələnmiş partlayışların təşkilində şübhəli bilinən 4 nəfər həbs edilib.

Bu barədə ölkənin təhlükəsizlik xidməti xəbər verir.

Bazar ertəsi paytaxt Manamada törədilmiş partlayışlarda Hindistan və Banqladeşdən olan iki işçi ölüb.

Ötən ilin fevralından bu yana Bəhreində hökumət əleyhinə keçirilən aksiyalar və baş verən hərc-mərcliklər nəticəsində azı 55 adam ölüb.

Əsasən şiələrdən ibarət olan müxalifət qrupları azlıqda olan sünni hakimiyyətinə etiraz edir, ölkədə islahatlar aparılmasını tələb edirlər.
XS
SM
MD
LG