Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:24

17 yaşlı azərbaycanlı futbolçu"Porto" klubunda


Foto arxiv
Foto arxiv
“Sumqayıt” klubu və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Orxan Əliyev Portuqaliyanın “Porto” klubuna dəvət olunub.

Bu barədə Qol.Az-a “Sumqayıt”klubunun prezidenti Kamran Quliyev məlumat verib.

Onun sözlərinə görə, Orxan Əliyev artıq bu gün Portuqaliyaya yollanıb və sabahdan məşqlərə başlayacaq.

Hələ 17 yaşı tamam olmayan futbolçu azı bir həftə Portuqaliya klubunda baxışda olacaq.

Kamran Quliyev qeyd edib ki, əgər portuqaliyalılar Orxanı bəyənsələr, hələlik rəsmi transfer olmayacaq
“Çünki FİFA qaydalarına görə, yalnız 18 yaşı tamam olan futbolçunun beynəlxalq transferinə icazə verilir.
Orxan Əliyevin 17 yaşı bu il dekabrın 21-də tamam olacaq.
“Porto”nun nümayəndələri Orxanın oyununu həm U-19 millisi və “Sumqayıt”da keçirdiyi oyunların videoyazısında izləyiblər.

Orxanla “Porto” İngiltərənin “Liverpul” və “Tottenhem” klubları da maraqlanıb.

Bundan başqa, Türkiyədə təlim-məşq toplanışında olarkən “Trabzonspor”un farm-klubu olan “Trabzonspor-1461”dən də onunla maraqlanıb.
Amma ilk dəvət “Porto”dan gəlib.
XS
SM
MD
LG