Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

Velospiedçi dünya çempionu qələbəni rüşvətlə almaqda ittiham olunur


Aleksandr Vinokurov 2012-ci ilin London Olimpiadasında qələbə qazanarkən. 28 iyul 2012-ci il.
Aleksandr Vinokurov 2012-ci ilin London Olimpiadasında qələbə qazanarkən. 28 iyul 2012-ci il.

Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov-a qarşı qələbəni rüşvətlə almaq ittihamı ilə cinayət işi açılıb. İtaliyada keçən həftə prokurorların qaldırdıqları cinayət işi noyabrın 5-də Beynəlxalq Velosiped İttifaqına göndərilib.

İttihama görə Vinokurov 2010-cu ildə Belçikada keçirilən yarışda qələbəsini təmin etmək üçün rəqibinə rüşvət verib, onu qəsdən uduzmağa razılaşdırıb. Həmin yarışda onun əsas rəqibi isə Rusiyada olan velosipedçi Aleksandr Kolobnev olub.

Vinokurov Qazaxıstanın ən öndə gedən idman ulduzlarından biri sayılır. Bu ilin iyulunda Londonda keçirilən olimpiadada qızıl medal da qazanandan sonra idmandan getdiyini bəyan edib.

2010-cu ildəki qələbəsini rüşvətlə almasına dair ittihamlar barədə isə hələlik Vinokurov-un özünün bir cavabı səslənməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG